Braziliya millisinin üzvü Rafinya Ronaldinyonun yığmanın boykot etməsinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, oyunçu bu sözləri deyib:
"Ronaldinyonun bəyanatı? Bilmirəm ki, bu reklam idi, ya yox... bir neçə gün əvvəl mənə deyilmişdi ki, Ronaldinyo Vinisiusdan oyunlarımızı izləməyə bilet istəyib. İstənilən halda, sözlərinə təəccübləndim və razılaşmıram".
Qeyd edək ki, Ronaldinyo daha öncə paylaşım edərək, Braziliya millisinin oynadığı futbolu və futbolçuların yüksək səviyyədə olmadığını bildirmiş və Kopa Amerikada millini dəstəkləməyəcəyini bildirmişdi.