Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edən 38 yaşlı portuqaliyalı hücumçu Kriştiano Ronaldo gələcək karyera planlarından danışıb.

Offsideplus.az xəbər verir ki, futbolçu aşağıdakıları deyib:

“Bəziləri deyir ki, 40 və ya 41 yaşıma qədər meydanda olacağam. Özümə belə məqsədlər qoymuram. Mən sadəcə anın həzzini alıram, mənim xoşuma gələn budur. Əla vəziyyətdəyəm, bədənim son illərdə aldığı yüklərə yaxşı cavab verir. Bununla əylənmək mənim üçün vacibdir”.

Kriştiano 2023-cü ilin əvvəlində "Əl-Nəsr"ə keçdi. Portuqaliyalı klubla 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.