Əvəzedicilər Liqasında 4-ci tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Sumqayıt-2" səfərdə "Araz Naxçıvan-2"yə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun digər görüşləri 27-28 avqust tarixlərində keçiriləcək.

26 avqust (şənbə)

17:00. “Araz-Naxçıvan-2” – “Sumqayıt-2” - 0:1
Qol: Uğur Cahangirov,15
Binə qəsəbə stadionu

27 avqust (bazar)

“Turan Tovuz-2” – “Səbail-2”
Tovuz şəhər stadionu, 17:00

“Zirə-2” – “Sabah-2”
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 18:00

28 avqust (bazar ertəsi)

“Neftçi-2” - “Qəbələ-2”
Neftçi Futbol Mərkəzi (IV meydança), 18:00

“Qarabağ-2” – “Kəpəz-2”
Binə qəsəbə stadionu, 17:00