Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" İsveçrə çempionatının 3-cü turunda "Bazel"i qəbul edib.

Offsideplus.az xəbər verir ki, oyun "Qrasshopper"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan millimizin hücumçusu 37-ci dəqiqədə komandasının 3-cü qolunu vurub. O, görüşün 68-ci dəqiqəsində əvəzlənib.