“İmişli” klubu yeni baş məşqçisini ictimayətə təqdim edib.

Offsideplus.az xəbər verir ki, komandanın yeni baş məşqçisi ilə təqdimat və imzalanma tədbiri keçirilib.

“İmişli”nin idarə heyətinin sədri Aqşin Mürsəlov və komandanın baş sponsoru olan “RDC Group”un rəhbəri Dr.Kamran Eyyubov yeni baş məşqçi Əsgər Abdullayevə uğurlar arzu edərək ona inandıqlarını və bu yolda daim ona dəstək olacaqlarını bildiriblər.

Təqdimatdan sonra isə rayon rəhbərliyi və milli məclisin deputatı yeni baş məşqçini qəbul edib, uğurlar arzuyıblar.