"Yuventus" klubundan ayrılan Anxel di Mariya karyerasına ABŞ-də davam edə bilər.
Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu ilə Lionel Messinin də çıxış etdiyi "İnter Mayami" klubu yaxından maraqlanır.
35 yaşlı futbolçunun Turin klubu ilə müqaviləsi növbəti ay başa çatır. O, "Qoca sinyora" ilə yeni sözləşmə imzalamayacaq.