20 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, Argentinada təşkil olunan yarışın finalında Uruqvay və İtaliya komandaları qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn Cənubi amerikalılar dünya çempionu olub. Görüşdə yeganə qola 86-cı dəqiqədə Lusiano Rodriges imza atıb.
Üçüncü yer uğrunda keçirilən matçda isə İsrail və Cənubi Koreya yığmaları üz-üzə gəlib. 3:1 hesabı ilə qalib gələn İsrail bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, İtaliya millisinin yarımmüdafiəçisi Çezare Kazadey isə FİFA tərəfindən dünya çempionatının ən yaxşı oyunçusu elan edilib. “Çelsi”nin də üzvü olan 20 yaşlı futbolçu yarışda 8 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib. O, həmçinin turnirin bombardiri olub.