İsveçrə Super Liqasında 33-cü turun oyunlarına yekun vurulub.

 Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" də növbəti matçını keçirib. Komanda öz meydanında "Luzern" ilə üz-üzə gəlib və 2:0 hesabıyla qalib gəlib. 

Millimizin hücumçusu görüşə ehtiyat oyunçular arasında başlayıb və 88-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, bu nəticə ilə "Qrasshopper" xallarını 43-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. "Luzern" isə 46 xalla 4-cü pillədə qərarlaşıb.