Millimizin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" İsveçrə çempionatında növbəti oyununu keçirib. 

Offsideplus.az xəbər verir ki, sözügedən kollektiv 22-ci tur çərçivəsində səfərdə  "Lutsern"lə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.  

Renat da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki,"Qrasshopper" hazırda turnir cədvəlində 24 xalla 10 komanda arasında 7-ci pillədə yer alıb.