Futbol üzrə İsveçrə çempionatında 21-ci turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Komanda öz meydanında “Sürix”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 30-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Renat vurub.
Qeyd edək ki, “Qrasshopper” 21 turdan sonra 24 xalla 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.