"Qəbələ" klubunun baş məşqçisi Elmar Baxşıyev Türkiyədəki təlim-məşq toplanışları çərçivəsində “Lukenvalde”yə (Almaniya) 3:2 hesabı ilə qalib gldikləri matç barədə fikirlərini bölüşüb.

Offsideplus.az əyalət təmsilçisinin saytına istinadən xəbər verir ki, o, bu matçın komandası üçün faydalı olduğunu deyib:

“Antalya toplanışında ikinci görüşümüz idi. Əvvəlki qarşılaşmada az oynayanlara daha çox şans verməyi fikirləşmişdik. Düşünürəm ki, faydalı oldu. Bu qarşılaşma komandanı həmin ritmə daha da yaxınlaşdıracaq. Fikrimizdə bu matçda gəncləri daha çox sınamaq idi. Yaxşı perspektivli futbolçularımız var. Onlar gələcəkdə komandanın əsas üzvlərinə çevrilə bilərlər. Lakin onlar öz üzərində daha çox işləməlidir ki, həmin səviyyəyə çatsınlar”.