Argentina yığma komandasının yarımmüdafiəçisi Anxel Di Mariya millidəki karyerasını davam etdirmək qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, "Yuventus"un futbolçusu Argentina yığmasının 2022-ci ildəki uğurlu çıxışı ilə bağlı bu qərarı verib.

Qeyd edək ki, Argentina DÇ-2022-nin finalında Fransaya qalib gələrək turnirin qalibi olub.