Almaniya 3-cü liqasında 17-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Borussiya-2” (Dortmund) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qəbələ ilə ayrılıb – 1:0.

Nazarov da matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, “Ersgebirge” hazırda 14 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.