"Dinamo" ilə 4,5 illik müqavilə imzalayan Mahir Emrelinin komandadakı gələcəyi qış transfer dönəmindən sonra bəlli olacaq.

Offsideplus.az "Sportske.jutarnji" nəşrinə istinadən xəbər verir ki, Zaqreb təmsilçisi futbolçusu Bruno Petkoviçi satsa, Emreli və digər forvard Yosip Drmiçi komandada qalacaq. 

Qeyd edək ki, Mahir Emreli bu ilin yayında “Dinamo”ya transfer olunub.