Millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi  “Visla” (Plotsk) Polşa çempionatında növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, komanda 7-ci tur çərçivəsində səfərdə Lodz "Vidzev" ilə qarşılaşıb. Oyun 1:2 hesabı ilə qonaqların məğlubiyyətiylə başa çatıb. Krivotsyuk sözügedən matçda meydana çıxmayıb. O, sonadək ehtiyatda qalıb. 

Qeyd edək ki, "Visla" 7 oyundan sonra 16 xalla 18 komanda arasında ilk pillədə qərarlaşıb.