Latviya çempionatında 4-cü turun matçları keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” də növbəti oyununa çıxıb. Komanda səfərdə “Liepaya” ilə qarşılaşıb və bu oyundan ağır məğlubiyyətlə ayrılıb - 1:5. 

Asim Əlizadə də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, dörd turdan sonra 4 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.