Qətərdə baş tutacaq DÇ-2022 üçün bilet satışının ilk mərhələsində 804 186 bilet satılıb. 

Offsideplus.az xəbər verir ki, bilet satışının növbəti mərhələsi aprelin 5-də, saat 13:00-da başlayacaq. 

DÇ-nin qrup mərhələsinin oyunlarına biletlər əcnəbi azarkeşlər üçün 250-800 Qətər rialı (69-220 dollar), yerli azarkeşlər üçün 40 rialdır (11 dollar). 

Qeyd edək ki, dünya çempionatının final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.