PSJ-nin futbolçusu Rafinya Alkantara "Real Sosyedad"a transfer olunub.

 Offsideplus.az xəbər verir ki, Bask təmsilçisi 28 yaşlı brazilaylı oyunçunu yaya qədər icarəyə götürüb.

Rafinyanın Paris klubuyla sözləşməsi 2023-cü ildə yekunlaşır.

Qeyd edək ki, adıçəkilən futbolçu bu mövsüm paytaxt klubunun heyətində 5 maçta meydana çıxıb.