"Qeyd etmək istəyirəm ki, mən Canni De Byazinin sayəsində yox, Federasiyanın prezidentinin qərarı baş məşqçi olmuşam".
Offsideplus.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda millimizi 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
66 yaşlı mütəxəssis Canni de Byazinin onun haqda dediyi "Santuş yığmaya mənim sayəmdə gəlib" sözlərinə belə reaksiya verib:
"Canni De Byazi çox yaxşı məşqçidir. O ki qaldı portveynə, gətirməmişəm, amma qayıdandan sonra ona mütləq 1 kaset portveyn göndərəcəm".