Tyerri Anri AVRO-2020-də mübarizə aparacaq Belçika millisinə geri dönüb.
Offsideplus.az komandanın sosial şəbəkə hesabına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis yığmada müəyyən vəzifəni yerinə yetirəcək. Fransalı çalışdırıcının hanı vəzifəni görəcəyi ilə bağlı məlumat verilməyib: "Tyerri Anri, Avro-2020 üçün heyətə yenidən xoş gəldiniz".
Qeyd edək ki, futbolçu karyerasını bitirəndən sonra "Arsenal"da aşağı yaş qrupu məşqçisi olan Anri, 2016-2018-ci illərdə Belçika milli komandasında köməkçi məşqçi olmuşdu.