Niderland millisi və "Liverpul"un ulduzu Vircil Van Deyk bu yay baş tutacaq AVRO-2020-ni buraxacaq.

Offsideplus.az xəbər verir ki, klubun rəsmi saytına danışan Van Deyk, Avropa çempionatına yollanmayacağını açıqlayıb. 29 yaşlı müdafiəçi, keçən ilin oktyabrında aldığı zədədən sonra bərpa olunduğunu üçün bu qərara gəlib.

Qeyd edək ki, AVRO-2020 oyunları bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.