Tyerri Anri sosial şəbəkələrdən imtina edən ilk futbol adamı olub. 

Offsideplus.az xəbər verir ki, dünya və Avropa çempionu "tvitter", "instaqram" və "feysbuk" hesablarını bağlayıb. Anri bu haqda "tvitter" səhifəsində məlumat verib, ardınca "itib": "Salam, dostlar. Sabahdan etibarən sosial şəbəkələrdə olmayacam. Platforma sahibləri müəllif hüquqlarının pozulmasının qarşısını almayana qədər sosial şəbəkələrə qayıtmayacağam. 

İrqçilik, sataşma və buna bənzər psixoloji zərbələr bir yerə qədərdir. Bir az məsuliyyət olmalıdır. Kimisə təhqir etmək, irqçi şüar işlətmək üçün anonim hesab açmaq kifayət edir. Şəxsi məlumatların olmayan səhifə açırsan, söyüb, təhqir edib yoxa çıxırsan. Lakin bunun qarşısı hansısa yolla alınmalıdır. Ümid edirəm ki, ən qısa zamanda çarəsi tapılacaq".

Qeyd edək ki, Anri rasizmlə fəal mübarizə aparan şəxslərdəndir. Ötən ilin iyulunda "Black Lives Matter" aksiyasına üzv olması ilə fərqlənmişdi. 

"