Dünya və Avropa çempionu Tyerri Anri "Mançester Siti" rəhbərliyinə məsləhət verib.
Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, ötənlərin məşhur futbolçusu İngiltərə təmsilçisinin Erlinq Haalandla Kilian Mbappeni transfer etməli olduqlarını deyib. Anrinin söylədikləri: "Haalandla Mbappedə qarşılarına çıxan maneələri parçalamaq bacarığı var. Müdafiəçilərə bir baxışları ilə onlara rahat nəfəs almağa imkan verməyəcəklərini bildirirlər. "Mançester Siti" rəhbərliyinin yerində olsaydım, hər ikisini alardım. Ümid edirəm ki, bunu bacaracaqlar. Müasir futbolda bu cür hücumçuları görmək adamı qürurlandırır".
Qeyd edək ki, Mbappe Liqa 1-də cari mövsümdə 18, Haaland isə Bundesliqada 19 qol vurub.