Fransa millisinin və “Arsenal”ın sabiq futbolçusu Tyerri Anri yenidən İngiltərəyə qayıtmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, o, “Bornmut” komandasının baş məşqçisi olacaq. 

Tərəflər arasında razılıq əldə olunub və Çempionşip təmsilçisi yaxın zamanda Anrinin təyinatını rəsmən açıqlayacaq. 

Qeyd edək ki, 43 yaşlı mütəxəssis hazırda ABŞ-ın “Monreal İmpakt” klubunda baş məşqçilik edir.