Fransa millisinin və "Arsenal"ın əfsanəvi futbolçularından biri Tyerri Anri yenidən İngiltərəyə qayıdır.
Offsideplus.az xəbər verir ki, 43 yaşlı mütəxəssis çempionşipdə mübarizə aparan "Bornmut"un "sükanı arxasına" keçməyə yaxındır.
Ceyson Tindallı istefaya göndərən klub rəhbərliyi onun yerinə müvəqqəti olaraq Conatan Vudqeyti gətirib.
İngiltərə mediasında yer alan xəbərlərə görə, "Bornmut" rəsmiləri hazırda Anrini bu posta gətirmək üçün danışıqları yekunlaşdırmaq üzrədir.