ABŞ-ın MLS liqasında çıxış edən ən yaxşı futbolçularla beynəlxalq bir komanda arasında keçirilən All-star oyun koronavirus pandemiyasına görə bu il keçirilməyəcək.
Offsideplus.az xəbər verir ki, bu il Kanada və ABŞ klublarının birgə mübarizə apardığı MLS-in ən güclü futbolçularından ibarət komandası Meksika çempionatının (Liqa MX) ulduz oyunçularından qurulan kollektivlə üz-üzə gəlməli idi.
Qarşılaşmanın iyulun 29-da Los Ancelesdə keçirilməsi nəzərdə tutulmuşdu.