Futbol üzrə yığma komandamızın üzvü Riçard Almeydanın şərəfini qoruduğu "Baniyas" Birləşmiş Ərəb Əmirlikləri çempionatında növbəti oyuna çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda 19-cu turda doğma meydanda “Al İttihad Kalba" klubu ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Start heyətdə meydana çıxan Almeyda 52-ci dəqiqədə penaltidən komandasının bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Baniyas” 19 oyuna topladığı 23 xalla 14 iştirakçı arasında 9-cudur.