Sürətlə yayılan koronavirus təhlükəsinə görə, daha bir ölkədə futbol çempionatının oyunları təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, ABŞ və Kanada klublarının birgə mübarizə apardığı MLS-də də oyunlar bir ay müddətinə təxirə salınıb. Növbəti 30 gün müddətində heç bir oyun keçirilməyəcək.

Qeyd edək ki, artıq Avropanın əksər aparıcı ölkələrində də futbol çempionatlarına məcburi fasilə verilib.