2012-ci ildə London Paralimpiya Oyunlarında qızıl medala sahib çıxmış atlet Marieke Vervoort evtanaziya metodu ilə həyatına son qoyub.
Offsideplus.az xəbər verir ki, proses Belçikanın Diest şəhərində baş tutub. 40 yaşlı belçikalı atlet 2008-ci ildə evtanaziya üçün rəsmi müraciət etmişdi.
Müalicəsi olmayan əzələ xəstəliyi və epilepsiyadan əziyyət çəkən idmançı əvvəlki açıqlamalarında güclü ağrılar səbəbilə yata bilmədiyini demişdi.(fanat.az)