Beynəlxalq Futbol Assosasiyası Şurası (İFAB) bəzi oyun qaydalarında dəyişiklik etməyi planlaşdırır. 

Offsideplus.az xəbər verir ki, əllə oyun və bir sıra qaydalarla bağlı yeni dəyişikliklər 2019-cu il iyunun 1-dəın etibarən keçərli olacaq. Qurumdan verilən açıqlamaya görə bir oyunçu bilmədən və ya səhvən əllə qol vurarsa qeydə alınmayacaq, futbolçunun qol vurmaq şansı yaxalaması durumunda isə oyun dayandırılmayacaq.

Futbolda vaxt keçirməyə qarşı olan İFAB, əvəzetmə zamanı meydanı tərk edəcək futbolçunun özünə ən yaxın yerdən kənara çıxmağa şərait yaradılmasına qərar verib. Bununla yanaşı, meydanıln kənarında dayanan texniki heyətin üzvlərinə "feyr-pley" qaydalarını pozacağı halda sarı və qırmızı vərəqələr də göstəriləcək. Sərbəst zərbələr zamanı, hücum edən komandanın oyunçularının canlı səddə ən az 1 metr uzaqlıqda dayanmasını qərarlaşdıran qurum, topun hakimə çırpılması zamanı bəlli şərtlər də daxil olmaqla "mübahisəli top" təyin olunmasını da qəbul edib.

Bundan sonra VAR sisteminin də futbolun bir parçası olacağının vurğulandığı açıqlamada, FİFA-nın bu məsələlərdə İFAB-a tam dəstək verəcəyi bildirilib.(sport7.az)