Gənclər və İdman Nazirliyinin “İmarət” stadionun tikinti işlərinin birinci mərhələsi ilə bağlı elan etdiyi tenderin qalibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, tenderin qalibi “PMD Project” MMC olub.
Satınalmanın dəyəri 60.506.659,56 manatdır.
Şirkət indiyə qədər “Zəfər Parkı”, Şuşa Məscidi, Ağdamda “İmarət” kompleksi və digər layihələri icra edib.



