Bir dönəm "Qalatasaray" klubunda vəzifə alan Erden Timur saxlanılıb.
Offsideplus.az xəbər verir ki, o, mərc araşdırması çərçivəsində bu səhər saxlanılan 24 nəfərdən biridir.
Qeyd edək ki, E. Timur 2022-2024-cü illər arasında "Qalatasaray" klubunda fəaliyyət göstərib.
O, klubun çempionluqlarında böyük rol oynayıb.



