"Barselona"nın 18 yaşlı ulduzu Lamin Yamal həyatından şikayətlənib.
Offsideplus.az xəbər verir ki, o, istədiyi kimi yaşaya bilmir:
"18 yaşlı bir gənc məktəbi tərk edib evə gedər. Məşqə gedəndə qapımda dörd paparatsi olur, həyatımı soruşurlar. Televizoru yandırıram, özümü görürəm. Küçədə gedirəm, bir də görürəm ki, formamı geyinmiş uşaq. Çölə çıxıb içki içmək istəyirəm, amma insanlar mənə mane olduğu üçün bacarmıram".



