Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubla olan müqaviləsinin müddətindən danışıb.

Offsideplus.az xəbər verir ki, 53 yaşlı çalışdırıc bu məsələyə bu gün "Zirə"yə qarşı yoxlama matçından sonra keçirilən brifinqdə toxunub.

O, "Qarabağ"ın rəsmi saytında müqavilənin müddəti 30 iyun 2025-ci ilə qədər göstərilib. Klubla razılaşmanı uzatmısınız?" sualına belə cavab verib: "Səhv eləmirəmsə, müqavlənin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub. 5,10 illik müqavilə bağlamaq klublar üçün böyük riskdir".

Qeyd edək ki, Q.Qurbanov Ağdam təmsilçisində 2008-ci ildən çalışır.