"İnter Mayami" ilə klublararası dünya çempionatında yaxşı performans göstərən Leo Messi tezliklə gələcək karyerası barədə qərar verəcək. 

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz MLS klubu ilə yeni sözləşmə imzalamağa yaxındır. O, "İnter Mayami" ilə müqavilənin müddətini 2026-cı ilin dekabrına qədər uzadacaq. 

Qeyd edək ki, 2024-cü ildən "İnter Mayami"nin formasını geyinən Leo Messinin klubla anlaşması bu ilin sonunda başa çatacaq.