"Flamenqo" klubu yeni transferini rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Braziliya nəhəngi Jorjinyonu heyətinə cəlb edib. 33 yaşlı futbolçunun "Arsenal" ilə sözləşməsinin müddəti başa çatıb və "Flamenqo"ya azad agent olaraq transfer olunub. Müqavilənin müddəti 2028-ci ilədək nəzərdə tutulub.
Qeyd edək ki, "Flamenqo" 2025-ci ilin qış transfer pəncərəsində "Qarabağ"dan Juninyonu heyətinə qatmışdı.