"Real Madrid" klubu ilə vidalaşan Luka Modriç 39 yaşında olmasına baxmayaraq karyerasını davam etdirməyi düşünür.
Offsideplus.az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, xorvatiyalı ulduzla Səudiyyə Ərəbistanının 2 klubu - "Əl Nəsr" və "Əl İttifaq" maraqlanır. Adıçəkilən klublar təcrübəli yarımmüdafiəçiyə təkliflər göndəriblər.
Lakin Modriçə gələn təkliflər bununla da yekunlaşmır. MLS klublarından "İnter Mayami" tanınmış futbolçunu sıralarına qatmaq istəyir. Bildirilir ki, Modriçin ailəsi də ABŞ-də yaşamağa meyillidir və bu faktor Lukanın yeni ünvanının "İnter Mayami" olmasında böyük rol oynaya bilər.
Qeyd edək ki, 2012-ci ildə "Tottenhem"dən "Real Madrid"ə transfer edilən L.Modriç bir neçə gün əvvəl "Kral klubu" ilə vidalaşıb.