"Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatında 3-cü yeri tutub.
Offsideplus.az xəbər verir ki, qəbələlilər bu gün AFFA U-15 Liqasının 3-cü yer uğrunda oyununda "Neftçi"ni üstələyiblər.
"Bayıl Arena"da keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib.
Qeyd edək ki, çempionatın qızıl medallarının sahibi də bu stadionda məlumat olacaq. "Sabah" - "Qarabağ" finalının start fiti bu gün saat 16-da çalınacaq.