"Liverpul" klubunun sabiq baş məşqçisi Yurgen Klopp azarkeşlərin komandanı tərk edən əfsanəvi futbolçu Trent Aleksandr-Arnolda olan münasibətindən gileyləyib.

Offsideplus.az xəbər verir ki, alman çalışdırıcı futbolçunun layiqincə yola salınmamasını düşünür. 

"Liverpul" - "Arsenal" oyununa baxırdım. Trent Aleksandr-Arnold meydançaya çıxanda fit səsi eşitdim. Mən qocalmışam, elə bildim ki, eşitmə qabiliyyətimdə problem var. Televizorun səsini yüksəltdim. Öz-özümə dedim: "Bəli, bu, fit səsidir". Daha 10 saniyə fitə qulaq asdım və televizoru söndürdüm. Mən çox məyus olmuşdum. Çünki "Liverpul"lular belə davranmırlar. Biz heç nəyi unutmuruq. Demirəm ki, Trentin gedişinə görə sevinməliyik. Amma onun "Liverpul" üçün etdiklərini də unutmaq olmaz", - deyə Y.Klopp bildirib. 

Qeyd edək ki, Trent 20 illik "Liverpul" karyerasını başa vurub. Onun azad agent qismində "Real Madrid"lə müqavilə bağlayacağı gözlənilir.