Türkiyənin Antalya şəhərində 9-15 yaşlı uşaq futbolçular arasında təşkil olunan "Junior World Cup" turniri başa çatıb.
Offsideplus.az xəbər verir ki, yarışda qüvvəsini sınayan "Qarabağ" U-15 komandası ümumi sıralamada 24 kollektiv arasında 16-cı yeri tutub.
Rauf Əliyevin yetirmələri 6 görüşdən 3-də qələbə qazanıb, 1-də heç-heçə oynayıb, 2 matçda uduzublar.
İlkin mərhələ
B qrupu
"Qarabağ" - "Fulhem" 1:3
"Qarabağ" - "Qaziemir Gündoğan" 8:0
"Qarabağ" - "Muratlı Yıldızspor" 8:0
Ağdam təmsilçisi ən güclü 8 komanda arasına düşə bilmədiyindən 9-24-cü sıranı tutan klublardan formalaşan daha bir qrup mərhələsinə qatılıb.
9-cu yer uğrunda, A qrupu
"Qarabağ" - "Rayo Valyekkano" 1:1
"Qarabağ" - "Göztepe" 6:1
"Qarabağ" - Papua Futbol Akademiyası 1:2
Yekunda "Qarabağ" 4 xalla 16-cı yerlə kifayətlənib.



