UEFA futzal üzrə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığması 50 kollektivin yer aldığı siyahıda geriləyib.
Vitali Borisovun rəhbərlik etdiyi komanda 25-ci sıraya enib (1517,964 bal). Buna futzalçılarımızın bu ay Avropa çempionatının əsas mərhələsində İsveç (3:4) və Xorvatiyaya (1:4) uduzması səbəb olub.
Reytinq cədvəlinin yeni lideri isə Portuqaliyadır (2945,674 bal). İlk "üçlüy"ü İspaniya və Rusiya yığmaları qapayır.



