AFFA-nın təşkilatçılığı ilə qapıçılar üzrə məşqçilər üçün nəzərdə tutulan UEFA A kateqoriyalı kursun dördüncü mərhələsi baş tutub.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Milli Komandaların Təlim-Məşq Mərkəzində reallaşan məşğələlərə Faiq Əzizov, Vitali Kovalyov və Üzeyir İbrahimov təlimatçı qismində rəhbərlik ediblər.


