Azərbaycan cüdo millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışla yadda qalıb. 

Offsideplus.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Südabə Ağayeva finalda özbək rəqibi Xurşida Razzokberdievanı məğlub edərək qızıl medala sahib olub.

Eyni çəki dərəcəsində yarışan Aytac Qardaşxanlı, eləcə də 90 kq çəki dərəcəsində çıxış edən Elcan Hacıyev mübarizəni bürünc medalla başa vurublar.

Qeyd edək ki, bundan öncə 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov da Ər-Riyadda keçirilən bu oyunlarda qızıl medal qazanmışdı.