Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatı keçirilib.
Offsideplus.az Azərbaycan Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli komandamızın üzvlərindən kanoe qayığında mübarizə aparan Tatyana Smilovenko üçüncü yeri tutub.
Avarçəkənimiz təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib.
Finalda finiş xəttini üçüncü keçən T.Smilovenko Avropa çempionatının bürünc medalına layiq görülüb.



