Bu gün 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının Bakı İdman Sarayında açılış mərasimi baş tutub.

Offsideplus.az xəbər verir ki, ilk yarış günündə Yunan-Roma güləşinin yarımfinal mərhələsində 3 idmançımız mübarizə aparıb. 

55 kq-da Rəşad Məmmədov gürcüstanlı Giorgi Toxadze ilə qarşılaşıb və 0:8 hesabla məğlub olub. 

Ziya Babaşov (63 kq) İsrail güləşçisi Abere Fetene ilə üz-üzə gəlib və 5:3 hesablı qələbə qazanıb. 77 kq.-da Xasay Həsənli isə rumıniyalı Aleksandrin Qutu üzərində 7:0 hesablı qalibiyyətə sevinib. 

Finala yüksələn güləşçilərimiz sabah qızıl medal uğrunda mübarizə aparacaqlar.