Futzal üzrə Yüksək Liqada bu gün 7-ci turun oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, tura mərkəzi oyunla start verilib. Lider ötən mövsümün gümüş medalçısı ilə üz-üzə gəlib.

“Araz-Naxçıvan” yekunda “Neftçi”yə məğlub olub. Turun ikinci oyunu da gərgin keçib. Hesabı açan “Yasamal Bakı” sonradan rəqibin status-kvonu bərpa etməsinə mane ola bilməsə də, sonra yaxın yenidən üstünlük qazanmmağı bacarıb və mövsümdə ikinci qələbəsini aktivinə yazdırıb. Son dueldə isə “Baku Fire” böyükhesablı qələbə qazanıb.

Yüksək Liqa
7-ci tur

“Araz-Naxçıvan” – “Neftçi” İK 3:6
Qollar: Amadeu, 20:42, 22:43, İsa Atayev, 23:07, Vahib Xocayev, 30:03 // Namiq Məmmədkərimov, 9:47, 10:24, 11:36, 26:30, Fərid Atakişiyev, 36:00
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Hacıəli Ağayev
Hakim-inspektor: Murad Məmmədov
11 noyabr. Olimpik Star. Saat 13:30

“Record” – “Yasamal Bakı” 1:2
Qollar: Mojtaba Vali, 33:16, Hossein Şahbandi (məşqçi), 38:59 // Fuad Məmmədzadə, 7:53, Rüstəm Bağırov, 38:25
Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Məmmədəli Kərimov
Hakim-inspektor: Elçin Səmədli
11 noyabr. Olimpik Star. Saat 15:30

U-19 – “Baku Fire” 1:11
Qollar: İlham Alıyev, 31:15 // Oktay Rüstəmli, 2:20, Kənan Manafov, 9:22, 31:42, 33:29, Nihad İsmayılov, 10:25, Tofiq Mikayılov, 12:25, 24:23, İmaməli Hüseynov, 18:49, Tofiq Əliyev, 27:26, Tofiq Əliyev, 36:52, Nurlan Məmmədov, 37:08
Hakimlər: Anar Fərəcov, Elgün Hüseynov, İmran Məhərrəmov
Hakim-inspektor: Mehman Mahmudov
11 noyabr. Olimpik Star. Saat 17:30