Minifutbol üzrə Azərbaycan yığma komandası Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Yığmamızın qollarını Eşqin Tağıyev vurub.
Millimiz sabah üçüncü yer uğrunda oyuna çıxacaq. Rəqib Macarıstan yığması olacaq.