Bu gün minifutbol üzrə Azərbaycan yığma komandası Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/4 final oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçilik etdiyi komandanın rəqibi Bolqarıstan yığması olub. Rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan millisi yarımfinala yüksəlib. Komanda yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Görüş noyabrın 3-də keçiriləcək.
2 noyabr
Minifutbol, dünya çempionatı
1/4 final mərhələsi
Azərbaycan - Bolqarıstan - 3:1
Qollar: Vüsal İsayev 28, Rəvan Kərimov, Mirmehdi Rzayev 38 - Vəli Qafarov (avtoqol)
Qeyd edək ki, son Avropa çempionu olan Azərbaycan yığması mundialın G qrupunda mübarizəni maksimum nəticə ilə başa vurub - 3 oyun, 9 xal. Milli qrupda həm Misirə, həm İraqa, həm də Küveytə qalib gəlib. Azərbaycan ötən gün 1/8 finalda Portuqaliyanı məğlub edib.