"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen ardıcıl üçüncü dəfə "Formula 1" dünya çempionatının qalibi olub.

Offsideplus.az xəbər verir ki, o, Qətər Qran-prisində buna nail olub.

Belə ki, onun komanda yoldaşı meksikalı Serxio Peres yarışı başa vura bilmədiyi üçün Ferstappen vaxtından əvvəl çempionluğu qazana bilib. Meksikalı 11-ci dövrədə baş verən qəzaya görə sprinti başa vura bilməyib.

Bundan əvvəl 26 yaşlı Ferstappen 2021 və 2022-ci illərdə "Formula 1" yarışında mövsümü qələbə ilə bitirə bilib.