Azərbaycanın “Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti matçını keçirib.
Offsideplus.az xəbər verir ki, komanda 1/4 final mərhələsində İsrail təmsilçisi "Red Meat Tad"ıa ilə üz-üzə gəlib.
Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında rəqibini 5:4 hesabı ilə üstələyən "Zəngəzur" yarımfinala yüksəlib.
Qeyd edək ki, "Zəngəzur" bu gün pley-offda Bolqarsıtanın "Mexkit” komandasını 1:0 hesabı ilə məğlub edərək 1/4 finala çıxmışdı.